İbrahim Karqbo: Baş məşqçi olmasaydı, Amit Quluzadə əsas heyətə düşə bilərdi
1 aprel 2015 00:10
"Bakı"nın sabiq müdafiəçisi İbrahim Karqbo komanda yoldaşı Amit Quluzadənin Portuqaliyanın "Atletiko" klubunda forma şansı qazana bilməməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Amiti hələ Azərbaycanda çıxış etdiyim dövrdən tanıyıram. O vaxt elə də çox ünsiyyətdə olmurduq. Amma onu "Atletiko"da görəndə təəccübləndim. Əlbəttə, sözün yaxşı mənasında. O, yaxşı futbolçudur, gəncdir, daha da artıra bilər. Hesab edirəm ki, onun heyətə düşməklə bağlı problemi var. Amma bunun günahı baş məşqçidədir. Məşqlərdə yaxşı təsir bağışlayır, amma oyuna buraxılmır. Əgər baş məşqçi olmasaydı, Quluzadə heyətə düşə bilərdi".