Rövnəq Abdullayev Bakı və İnterin paytaxtı təmsil etməsini istəmir
31 mart 2015 18:50
AFFA prezidenti Rövnəq Abdullayev təklif edib ki, "İnter"lə "Bakı" bundan sonra paytaxtı yox, başqa bölgəni təmsil etsinlər. Azerisport.az xəbər verir ki, o, bu barədə açıqlamasında bunları söyləyib:
"İnter" adı Bakıya nə verir? Qoy klub "İnter Keşlə" adlansın. Orada 90 min əhali yaşayır. "Bakı" Biləcərini təmsil etsin. Mən bu insanla necə olacağını bilmirəm (yəqin ki, klub prezidenti Hafiz Məmmədovu nəzərdə tutur - red.). Əgər hər şey yaxşı olsa, klub yaşayacaq. Amma AFFA bütün klublara kömək edə bilməz".