Rövnəq Abdullayev: Sadıq Sadıqov Neftçidə məndən daha çox uğur qazandı
31 mart 2015 18:30
AFFA prezidenti Rövnəq Abdullayev Sadıq Sadıqovun "Neftçi"nin prezidenti postundakı fəaliyyətini qiymətləndirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sadıq Sadıqov 5 il idi "Neftçi"nin prezidenti idi. O, bu klubla daha çox uğur qazandı, nəinki mən. İndiki problemlər onunla bağlı deyil. Sadəcə, komandada nəyisə dəyişmək lazımdır. Klubu bir nəfər idarə etməməlidir. "Bakı"nın aqibətini hər biriniz gördünüz. İlin sonunda bütün klublar eyni yolu keçəcəklər. Çünki klublara lisenziyalar verilərkən bu amillər də nəzərə alınacaq".