Karlos Kardos: AZAL-la 0:0 bizim xeyrimizədir
5 mart 2015 17:30
"Neftçi"nin müdafiəçisi Karlos Kardoso Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, qolsuz heç-heçə bizim xeyrimizədir. Düzdür, AZAL-ın süni örtüklü meydanında oynamq özü də bir çətinlikdir. Təəssüf ki, cütün taleyini ilk oyunda həll edə bilmədik. Amma hələ heç nə itirilməyib. Biz ötən mövsüm "Rəvan"la da evdə heç-heçə etmişdik, amma səfərdə qalib gəldik".