Nurlan Novruzov: Millidə də qol vurmaq istəyirəm
"Bakı"nın yarımmüdafiəçisi Nurlan Novruzov Topaz Premyer Liqasının qış fasiləsinə bombardir kimi yollanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubumun uğuru üçün hər şeyi edirəm. Hər oyunda əlimə 1-2 qol epizodu düşür ki, onlardan da yararlanmağa çalışıram. Şansım az olsa da, geridə qalan oyunlarda 9 qol vura bildim və hazırda bu göstəriciyə görə birinciyəm. Fikrimcə, daha məsuliyyətli oyunlar hələ qarşıdadır. Yığmaya da düşmək, orada da qol vurmaq istəyirəm".
Novruzov "Qəbələ"yə keçəcəyi barədə xəbərlərə də münasibət bildirib: "Hər şeyə dekabrın 24-də aydınlıq gələcək. Bu il Adnan Yazıçıoğlu mənim üçün çox iş görüb. Çox təəssüf ki, Azərbaycanda hücumçularla işləyən mütəxəssislər yoxdur. Amma o, mənimlə çalışdı və bu baxımdan çox köməyi dəydi. Ona təşəkkürümü bildirirəm".