Jeremi Kleman: Qarabağa qarşı daha oynamalıydıq ki, nəticə qazanaq
28 noyabr 2014 17:00
Fransanın "Sent-Etyen" klubunun futbolçusu Jeremi Kleman Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Biz daha yaxşı oynamalıydıq. Oyuna nəzarət edən tərəf biz olsaq da, bunu hesabda əks etdirə bilmədik. Az qol vururuq. Futbolda isə qol vurmadan qələbə qazanmaq olmur. Qələbə ilə məğlubiyyət arasında elə də böyük məsafə yoxdu. Nəticə ürəkaçan deyil. Amma qarşıda daha bir oyunumuz var. Hər şey ola bilər".