"Qarabağın yeganə qol epizodundan yararlanması qıcıqlandırıcıdı"
Fransanın "Sent-Etyen" klubunun futbolçusu Fabyen Lemuan Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Bu oyunda daha çox qıcıqlandıran məqam rəqibin yeganə qol imkanından yararlanmasıdı. Onlar qapımıza bircə zərbə endirdilər, o da qol oldu. Bizdə isə kifayət qədər qol vəziyyəti olsa da, rəqib qapıçı yaxşı oynadı. Hələ heç nəyə aydınlıq gəlməyib. Hazırda üçüncü yerdəyik. "Dnepr"lə yaxşı oynamalı və "Qarabağ"ın "İnter"lə görüşündən xəbər gözləməliyik. Mərhələ adlaya bilməsək, bu cür imkanı ələ verməyimizə çox üzüləcəyik. "İnter"lə oyun istisna olmaqla, digər ev oyunlarımızdan maksimum xalla ayrılmağa borclu idik".