Cavadovla Hacıyevin klubu daha bir məğlubiyyətə üzüldü
25 oktyabr 2014 00:50
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budağın çıxış etdiyi "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Şanlıurfaspor"la qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsiylə başa çatıb - 1:0.
Budak bu matçın iştirak ərizəsinə daxil edilməyib. Cavadov oyuna 15-ci, Hacıyev 73-cü dəqiqədə qoşulub.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 4 xalla 17-ci pillədə qərarlaşıb.