Aqil Məmmədov: Qəbələ bu gün qələbəyə layiq deyildi
24 oktyabr 2014 20:00
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun barədə nə deyə bilərəm? Mən futbolçulardan razıyam. Biz 10:1 hesabı ilə uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. “Qəbələ”nin ikinci qolunda qayda pozuntusu vardı. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədi. “Qəbələ” barədə ümumiyyətlə danışmaq istəmirəm. Çünki “Qəbələ” bu gün qələbəyə layiq deyildi”.