Fotoreportaj|Video|На русском

Qarabağın Kiyev sınağı

23 oktyabr 2014 00:10

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxacaq.

Xatırladaq ki, Ağdam klubu bu mövsüm avrokuboklar macərasına Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində isə təmsilçimiz Avstriya "Zalsburq"una uduzaraq (2:1, 0:2), ÇL ilə vidalaşdı. Lakin qaydaya görə, ÇL-in pley-off mərhələsinə vəsiqə qazana bilməyən klublar mübarizəni Avroliqanın eyni mərhələsində davam etdirmək şansına malik idi. Çempionumuz məhz bu mərhələdə ünlü Hollandiya "Tvente"si ilə çətin sınaqdan üzüağ çıxaraq (evdə 0:0, səfərdə 1:1), tarixində ilk dəfə adını qrup mərhələsinə yazdırdı.

"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri İtaliya "İnter"i, Fransa "Sent-Etyen"i və Ukrayna "Dnepr"idi. İlk turdakı rəqib Fransa təmsilçisi idi. Bakıdakı həmin oyunda ağdamlılar "Sent-Etyen"dən daha yaxşı oynasa da, qolsuz heç-heçəyə razılaşmalı oldu. Digər "böyük beşlik" ölkəsi təmsilçisi - "İnter"lə görüşdə isə komandamız 0:2 hesablı məğlubiyyətlə üzləşdi. Bu dəfə isə ağdamlıları qrupumuzdakı nəhənglərlə müqayisədə nisbətən zəif olan rəqiblə - "Dnepr"lə qarşılaşma gözləyir.

1918-ci ildə yaranan "Dnepr" ev oyunlarını 31 min azarkeş tutumu olan "Dnepr Arena"da keçirir. Amma Ukraynadakı məlum olaylarla əlaqədar bu komanda Ağdam klubunu Kiyevdəki "Olimpiya" stadionunda qəbul edəcək. 90 milyon dollarlıq büdcəsi olan klub bu vaxta qədər Ukrayna çempionu olmayıb. Klubun əksər uğuruları SSRİ-nin vaxtına təsadüf edir. Belə ki, həmin dönəmdə "Dnepr" 2 dəfə SSRİ çempionu olub, 1 dəfə SSRİ Kubokuna, 1 dəfə SSRİ Super Kubokuna sahib çıxıb. İki dəfə ölkə çempionatının gümüş mükafatçısı olan "göy-ağlar", eyni sayda da bürünc medalları qazanıb. "Qarabağ"ın rəqibi 3 dəfə Ukrayna Kubokunda final oynayıb, 1 dəfə isə İntertoto Kubokunun finalına yüksəlib.
 
"Dnepr" ötən mövsümü ikinci pillədə başa vurduğu üçün Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ancaq Danimarka "Kopenhagen"ini mübarizədən kənarlaşdıra bilməyən (evdə 0:0, səfərdə 0:2) ukraynalılar çıxışını Avropa Liqasının pley-offunda davam etdirməli olub. Avroliqanın pley-offunda isə "Dnepr" "Qarabağ"ın rəqibi olmaq üçün Xorvatiya "Hayduk"unu mübarizədən kənarlaşdırıb - evdə 2:1, səfərdə 0:0. Bu komanda qrup mərhələsindəki geridə qalan oyunlarında öncə "İnter"ə evdə 0:1 hesabıyla uduzub, "Sent-Etyen"lə səfər oyununda isə qolsuz heç-heçəyə nail olub. "Dnepr" Avroliqanın qrup mərhələsinə uğurlu başlamasa da, Ukrayna Premyer Liqasının cari mövsümündə çox uğurlu çıxış edir. Mövsümün geridə qalan 9 turunda 8 qələbə qazanıb, sadəcə, 1 qarşılaşmada heç-heçəyə razılaşıb, məğlubiyyətlə üzləşməyib. Rəqib qapılarından 22 top keçirən Dnepropetrovsk təmsilçisi öz qapısında cəmi 4 qol görüb.

Maraq üçün bildirək ki, 2006/07 mövsümündə Ağdam klubunun şərəfini qorumuş Sergey Kravçenko hazırda "Dnepr"da çıxış edir. Komandanın Yevgeni Konoplyanka, Bruno Qama kimi liderləri də var. Klubun prezidenti İqor Kolomoyski, baş məşqçisi Miron Markeviçdi. 63 yaşlı mütəxəssis bu ildən "Dnepr"i çalışdırır.

Göründüyü kimi, "Qarabağ"ın bu dəfəki rəqibi də zəif komanda hesab oluna bilməz. Bu üzdən də komandamızın "Dnepr"lə oyunda uğur qazanması üçün böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə sürpriz nəticəyə imza ata bilər. Təbii ki, ağdamlıların hətta heç-heçəyə nail olması da sürpriz nəticə sayılacaq. Çünki qarşılaşma səfərdə keçirilir. Bu oyunda uduzmamaq "Qarabağ"ın qrupdan çıxmaq şanslarını heçə endirməməsi baxımından vacib əhəmiyyət daşıyır. Güman ki, bunun vacibliyini komanda üzvləri də çox yaxşı dərk edirlər.

Sonda onu da bildirək ki, "Qarabağ"ın Avroliqada qazandığı istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, Ağdam klubunun hər bir qələbəsi ölkəmizə 0,500, heç-heçə isə 0,250 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 29-cu pillədədi və hesabında 11.500 reytinq xalı var. Bunun 2.625 xalı cari mövsümdə qazanılıb (1.250 xal "Qarabağ"ın, 0.750 xal "İnter"in, qalan 0.625 xal isə "Neftçi"nin sayəsində əldə olunub).
 
"Qarabağ" hazırda UEFA-nın klub reytinqində 8.300 xalla 188-cidi. "İnter" isə 33.733 xalla 58-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, F qrupu çərçivəsindəki digər oyunda "Sent-Etyen" "İnter"in qonağı olacaq.

Avropa Liqası
F qrupu

23 oktyabr

00:05. Dnepr - Qarabağ
Hakimlər: Libor Kovarik, Kristof Mençl, Yan Patak, Petr Blajey.
Əlavə köməkçi hakimlər: Radek Prihoda, Yan Jilek (hamısı Çexiya).
Kiyev. "Olimpiya" stadionu.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah