Əliyar Ağayev Borussiyanın futbolçusunu cəzalandırdı
22 oktyabr 2014 18:50
Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan yarış çərçivəsində Türkiyənin "Qalatasaray" və Almaniyanın "Borussiya" (Dortmund) klubları arasında təşkil olunan oyunu idarə edib. Azerisport.az xəbər verir ki, qardaş ölkə təmsilçisi doğma meydanda qarşılaşdığı rəqibinə 3:2 hesabıyla qalib gəlib.
Qeyd edək ki, Ağayev bu oyunda sadəcə, bir sarı vərəqə göstərmək məcburiyyətində qalıb ki, o da alman futbolçuya qismət olub.
Əliyara bu qarşılaşmada Rza Məmmədovla Knyaz Əmiraslanov kömək ediblər.