Şahin Diniyev: Stadionda yalnız Qarabağın qolu çatışmırdı
20 sentyabr 2014 00:35
Məşqçi Şahin Diniyev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Fransa "Sent-Etyen"i ilə görüşü barədə fikirlərini söyləyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk olaraq komandamıza təşəkkür etmək istərdim. Yaxşı oynadılar, sonadək mübarizə apardılar. Çatışmayan yalnız "Qarabağ"ın qolu idi. Bu qola layiq oyun idi. Komandamız startda 3 xala layiq döyüşkən mübarizə göstərdi. Qazanılan 1 xaldan sonra arxayınlaşmaq olmaz. Unutmayaq ki, rəqibin bir neçə oyunçusu Bakıya gəlməmişdi. Səfərdəki oyun daha çətin olacaq. Artıq "İnter"lə matç haqda düşünmək mümkündü. Bu mənada qrup mərhələsinin qalan 5 görüşündə komandamıza dəstək olmalıyıq".