Simurq Qarabağla oyuna hazırdı
20 sentyabr 2014 00:25
Topaz Premyer Liqasının 6-cı turunda “Qarabağ”ın qonağı olacaq "Simurq" bu gün hazırlıqları tamamlayacaq. Azerisport.az xəbər verir ki, dünən növbəti məşqinə çıxan “Simurq” iki saatdan artıq davam edən çalışmalarda əsasən taktiki ağırlıqlı tapşırıqları yerinə yetirib.
Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. Son məşqdə yalnız ayağında hələ də ağrılar olan Murad Səttarlı iştirak etməyib.
Qeyd edək ki, “Qarabağ” – “Simurq” oyunu sentyabrın 21-də saat 20:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. (klub saytı)