Tahir Gözəl: 2-3 oyunumuzu Ağdamda keçirəcəyik
1 sentyabr 2014 18:50
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu səfər etdikləri Ağdamda yerli futbol ictimaiyyəti qarşısındakı çıxışı zamanı maraqlı fikirlər səsləndirib. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
"Biz yerli azarkeşlərin dəstəyini həmişə hiss etmişik. Ağdamlı tərəfdarlarımızın uğurlarımızda payı böyükdü. Avropa Liqasının qrup mərhələsində də uğurlu çıxış etməyə çalışacağıq. Həmçinin Quzanlıdakı stadionun qazonunu yeniləmək haqda düşünürük ki, bu mövsüm bir neçə vacib oyunumuzu burada keçirək. Bununla əlaqədar Peşəkar Futbol Liqasına da müraciət edəcəyik".