Qarabağ çempionluğunu Ağdamda da qeyd etdi
1 sentyabr 2014 18:45
Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və komandanın üç futbolçusu - Fərhad Vəliyev, Maksim Medvedev və Namiq Yusifov Ağdama yollanıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun vitse-prezidenti Tahir Gözəlin başçılıq etdiyi nümayəndə heyətində mətbuat işçiləri də yer alıb.
"Qarabağ"lılar son mövsümdə qazandıqları çempionluq kubokunu ağdamlı tərəfdarlarına təqdim ediblər. Öncə şəhidlər xiyabanı ziyarət olunub. Ardından isə onlar Quzanlı Olimpiya Kompleksinə üz tutublar. Burada komanda üzvləri və rəhbərliyini yerli futbol ictimaiyyəti, eləcə də rayon icra başçısı Raqub Məmmədov qarşılayıb. Kubokun təqdimolunma mərasimindən sonra konsert proqramı baş tutub.