Foqts Qarabağı təbrik etdi
29 avqust 2014 20:40
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts "Qarabağ"ı təbrik edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə bunları söyləyib:
"Qarabağ"ı və komandanın baş məşqçisini bu uğur münasibətilə təbrik edirəm. Onların sərgilədiyi oyun stadionun tam dolmasına səbəb olur. Ağdamlılara qrup mərhələsində uğurlar arzulayıram".