Seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək
18 aprel 2014 18:34
"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə aprelin 22-də Sumqayıtda Futbol Festivalı keçiriləcək. Azerisport.az xəbər verir ki, 8-14 yaşlı yeniyetmə futbolçular üçün seleksiya xarakterli təlim-məşq toplanışı təşkil olunacaq.
Tədbir aprelin 22-də saat 10:00-da Mehdi Hüseynzadə adına stadionun yeni meydançasında baş tutacaq. Özünü sınamaq istəyən yuxarıda qeyd olunan yaşa uyğun olan bütün futbolçuları seleksiya xarakterli təlim-məşq toplanışına dəvət edirik.