Karvan səfərdə Şəmkirə məğlub oldu
18 aprel 2014 18:24
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 26-cı tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Karvan” səfərdə “Şəmkir”ə məğlub olub. Mingəçevirdə isə yerli “Energetik”lə MOİK-in qarşılaşmasında qapılara qol vurulmayııb.
Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək.
1-ci divizion
26-cı tur
18 aprel
Şəmkir - Karvan - 1:0
Qol: Anar Rzayev, 4.
Energetik - MOİK - 0:0