Araz Barselona ilə oyuna hazırlığa başlayır
18 aprel 2014 18:11
Araz Barselona ilə oyuna hazırlığa başlayır
Futzal üzrə Azərbaycan çempionu “Araz” UEFA Kubokunun Dördlər finalına hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Joze Alesionun yetirmələri yarışın sonuna qədər davam edəcək toplanış keçəcəklər.
Ölkə çempionumuz AFFA Akademiyasının binasında yerləşəcək.
Xatırladaq ki, “Araz” aprelin 24-ü “Sərhədçi” idman kompleksində yarımfinal cütündə “Barselona” ilə qarşılaşacaq.