DÇ başa çatdı, Almaniya birinci oldu
11 aprel 2010 13:56
Bakıda bir həftə ərzində davam edən gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, medalların ümumi cəminə görə Almaniya yığması turnirin ən güclüsü adını qazanıb. Ümumiyyətlə, medal qazanan ölkələrin sıralaması belədir:
Almaniya (3 qızıl, 2 gümüş, 0 bürünc), ABŞ (3, 1, 4), Ukrayna (3, 1, 2), Rusiya (3, 0, 4), Macarıstan (2, 1, 3), İtaliya (1, 5, 3), İsveç, Misir, Estoniya (hamısı - 1, 0, 0), Fransa (0, 3, 2), Koreya (0, 3, 1), Polşa (0, 1, 2), Kanada (0, 1, 0), Çin (0, 0, 4), Rumıniya, İsrail,Çexiya, Tunis, İsveçrə (hərəyə - 0, 0, 1).