Almaniyanın hegemonluğu davam edir
Bakıda keçirilən yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, dünən gənclər arasında yarışlar da başa çatıb. 3 medal (2 qızıl, 1 bürünc) qazanan Rusiya ümumi hesabda birinci olub. Macarıstan 1 qızıl, 1 gümüş və 1 bürünclə ikinci, Ukrayna isə 1 qızıl və 1 bürünclə üçüncü yeri tutub.
Yeniyetmə və gənclərin ümumi qeyri-rəsmi medal sıralamasına isə Almaniya başçılıq edir – 2 qızıl, 2 gümüş. Ukrayna (2 qızıl, 1 gümüş, 2 bürünc) ikinci, Rusiya və ABŞ isə (hərəyə 2 qızıl, 3 bürünc) üçüncüdür. Digər medal qazanan ölkələr bunlardır: İtaliya (1 qızıl, 3 gümüş, 2 bürünc), Macarıstan (1 qızıl, 1 gümüş, 3 bürünc), İsveç, Misir (hərəyə 1 qızıl), Fransa (3 gümüş, 1 bürünc), Koreya (2 gümüş, 1 bürünc), Çin (4 bürünc), Rumıniya, İsrail, Çexiya, Polşa və Tunis (hərəyə 1 bürünc).
Bu gün komanda yarışlarına start veriləcək.