Yeniyetmələrdə Almaniya qalib oldu, sabah gənclər başlayır
4 aprel 2010 22:10
Bakıda keçirilən yeniyetmə və gənc qılıncoynadanlar arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün yeniyetmələrin mübarizəsinı yekun vurulub.
Qızlar və oğlanlar arasında yarışların ümumi medal sıralamasında birinci yeri Almaniya tutub (2 qızıl, 1 gümüş). ABŞ ikinci (2 qızıl, 1 bürünc), İtaliya isə üçüncü olub (1 qızıl, 2 gümüş, 1 bürünc). Təəssüflər olsun ki, mübarizəni ilkin mərhələlərdə dayandıran Azərbaycan imdançılarının adı siyahıda yoxdur. Medal qazanan digər ölkələr bunlardır: Ukrayna (1 qızıl, 1 gümüş, 1 bürünc), Cənubi Koreya (2 gümüş, 1 bürünc), Çin, Macarıstan, Rusiya (hər biri - 2 bürünc), Rumıniya və İsrail (hər ikisi - 1 bürünc).
Sabah gənclərin mübarizəsinə start veriləcək.