İlk qızıl medallar Almaniya və İtaliyaya getdi (YENİLƏNDİ)
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, mübarizəyə ilk olaraq, yeniyetmələr (17 yaşa qədər) başlayıb. Azərbaycan yığmasında şpaqa növü üzrə Nəzrin Əliyeva, Əminə Novruzova və Yuliya Bayramova, sablyada isə Hüseyn Dadaşov və Azər Tağıyev çıxışlarına start verib.
Təəssüflər olsun ki, onların hər biri mübarizəni erkən başa vuraraq, heç 1/32 finala da vəsiqə qazana bilməyiblər.
Bu gün saat 18:00-da keçirilən çempionatın açılış mərasimindən sonra ilk medallar oynanılıb.
Oğlanların finalında alman dueli yaşanıb. Nəticədə həmyerlisi Maksimilyan Kindlerə qalib gələn Rixard Gübert çempion olub. Bürünc medallara isə rusiyalı Artur Okunevə qismət olub.
Yeniyetmə qızların mübarizəsindən italiyalı Alberta Santuçio qalib çıxıb. O, finalda Cənubi Koreyalı Pxi Vo Lidən üstün olub. Üçüncü pilləyə isə Şen Lin (Çin) və Amaliya Tataran (Rumıniya) çıxıblar.