Fotoreportaj|Video|На русском

Şahmat

Rauf Məmmədov: Hindistana uduzmağımız sürpriz oldu

8 sentyabr 2016 21:00

Şahmat üzrə əsas milli komandamızın üzvü Rauf Məmmədov Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında artıq 6-cı tura start verilib. Geridə qalan 5 turda komandamızın çıxışını necə dəyərləndirmək olar?
- İlk 4 turdakı çıxışımızı soruşsaydınız, daha yaxşı olardı (gülür). Beşinci turda Hindistana qarşı oyunumuz çətin alındı. İlk 4 turda maksimum nəticə göstərsək də, təəssüf ki Hindistanla görüşdə məğlubiyyətdən qaçmaq mümkün olmadı.

- Yəqin ki Hindistana uduzacağınızı gözləmirdiniz...
- Xeyr, bu məğlubiyyət bizim üçün sürpriz oldu. 1:3 hesabı ilə uduzacağımızı gözləmirdik. Amma qeyd etmək lazımdır ki, Hindistan yığması bu turnirdə çox güclü çıxış edir. İnanılmaz oyun sərgiləyir. Vişvanatan Anand heyətdə yer almasa da, komandanın gənc üzvləri özlərini çox yaxşı tərəfdən göstərirlər. Turnirdən qabaq heç kim Hindistan yığmasından belə oyun gözləmirdi. Harikrişna Şəhriyar Məmmədyarova qarşı inanılmaz oynadı.

- Halbuki partiyanın əvvəlində Şəhriyarın rəqibdən üstün olduğunu görünürdü.
- Bəli, əvvəldən Şəhriyar üstün idi. Amma Harikrişna inanılmaz oyun sərgiləyərək qələbə qazandı.

- Belə fikirlər səslənir ki, Şəhriyarın top-fil dəyişməsi qeyri münasib idi və bu, məğlubiyyətdə böyük rol oynadı.
- Şəhriyar başa düşürdü ki, qəliz vəziyyətdədir. Yəqin başqa gediş olmadığını düşünüb. Həqiqətən də çətin vəziyyətlə üzləşmişdi. O anda yalnız kompüter vasitəsi ilə gediş tapmaq olardı. İnsan gözü ilə çox çətin idi.

- Şəhriyar Məmmədyarov bu il Şəmkirdə də Harikrişnaya uduzmuşdu. Lakin sonda şahmatçımız çempion oldu. Sizcə eyni ssenari bu dəfə də təkrarlana bilər?
- Həqiqətən də belə olmuşdu. İnanırıq ki, Şəhriyarın məğlubiyyəti düşərli olacaq. Eyni nəticənin təkrarlanması hər birimizin arzusudur.

- Hindistanın çıxışını qeyd etdiniz. Başqa hansı komandanı oyunu ilk 5 turda sizi yaxşı mənada təəccübləndirib?
- Ukraynanı qeyd etmək olar. İnanılmaz dərəcədə inamlı təsir bağışlayırlar. Artıq Rusiya və Çini məğlub ediblər. Bu gün də qələbə qazansalar, medal qazanmaq şansını xeyli artıracaqlar.

- Hindistanla görüşdə alınan məğlubiyyətdən sonra heyətdə dəyişiklik ediləcəyi gözlənilirdi. Lakin siz bu gün də istirahət edirsiniz...
- Hindistana məğlubiyyətdən sonra istirahət günü idi. Bəlkə də heyətdə dəyişiklik olmaması bundan irəli gəlir. Həm də Eltac Səfərli hələ də ağ fiqurlarla oynamamışdı. Seçim kapitanındır və onun qərarına hörmətlə yanaşıram.

- Məğlubiyyətin istirahət günündən öncəyə təsadüf etməsi komandamızın xeyrinə oldu?
- Həqiqətən də çox yaxşı oldu. Çünki Tromsedə 7-ci turda Çinə uduzduq. Növbəti gün gözlənilmədən Rumıniya ilə heç-heçəyə razılaşdıq. Ona görə də istirahət günündən öncə uduzmaq sonra məğlub olmaqdan daha yaxşıdır.

- Olimpiadanın Bakıda keçirilməsi üzərinizdə əlavə təzyiq yaradır?
- Öz adımdan deyə bilərəm ki, hər hansı təzyiq yoxdur. Əksinə bu, çox yaxşı motivasiyadır. Artıq 7-ci olimpiadada iştirak edirəm. Həmişə arzulamışdım ki, olimpiadaya ev sahibliyi edək. Vətəndə hər kəs səni dəstəkləyir, hörmətlə yanaşırlar. Mənim üçün evdə oynamaq çox xoşdur. Üstəlik, olimpiadanın səviyyəsi çox yüksəkdir. Komandalar ən yüksək səviyyəli otellərdə qalırlar. Bu cür şəraitlə heç bir olimpiadada qarşılaşmamışam.

- Sentyabrın 6-da olimpiadanın iştirakçıları üçün keçirilən “Bermuda Parti”yə qatıldınız?
- Xeyr, iştirak etmədim. İştirak sərbəst idi. Sadəcə özüm istəmədim. Amma eşitdiyimə görə, çox maraqlı tədbir alınıb.

- Dünənki istirahət gününü necə keçirdiniz?
- Əla. Oteldə dincəldim. Dost-tanışla söhbət etdik. İstirahət vaxtım çox səmərəli keçdi.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah