Fotoreportaj|Video|На русском

Şahmat

Şəhriyar Məmmədyarov: Fiqurları insanlardan yaxşı tanıyıram

27 avqust 2016 14:00

Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov Bakı Şahmat Olimpiadasının rəsmi "Facebook" səhifəsində izləyicilər tərəfindən verilən sualları cavablandırıb. Azerisport.az ən maraqlı sual və cavabları sizə təqdim edir:

- Bakı Şahmat Olimpiadası ərəfəsində həyəcan varmı?
- Həyəcan hər zaman var. Bakıda keçirilən hər bir yarış bizim üçün böyük sınaqdır.

- Sonuncu dəfə bacılarınla nə vaxt şahmat oynamısan? Ailə üzvlərinlə oyunlarda sonuncu məğlubiyyətini necə xatırlayırsan?
- Təlim-məşqlərlə əlaqədar evdə az oluram. Amma sonuncu dəfə ailə üzvlərimlə görüşlərdə Türkanla məğlubiyyəti xatırlayıram. Ona uduzmuşdum. Amma Zeynəb məni turnirdə məğlub edib. Evdə rahat oynayırıq, amma yarışda sərbəstlik olmur. Ona görə Zeynəbin qələbəsini unutmamışam.

- Tələbələriniz varmı?
- Tələbələrim yoxdur. Çünki, konkret məşqçilik etməyə vaxt olmur.

- Sizə görə tarixdə oynanılmış ən maraqlı oyun?
- Şahmatda maraqlı oyunlar çoxdur. Mənim üçün ən maraqlı oyunlardan biri Veyk-An-Zee turnirində Veselin Topalovla Harri Kasparov arasında olmuşdu.

- Şahmatda kumirin kim olub?
- Güclü şahmatçılar çox olub. Konkret kimisə özümə kumir seçməyim yadıma gəlmir. Amma ən güclülərdən öyrənməyə çalışmışam.

- Sizcə, tarixin ən güclü şahmatçısı kim olub?
- Bobbi Fişeri qeyd edə bilərəm. Onun partiyaları indiyə qədər öyrənilir. Eyni zamanda Harri Kasparovun adını çəkmək olar. Hör dövrün öz güclüsü var.

- Şəhriyarın uğurunun sirri nədədir?
- Çox məşq etmək lazımdır. Bütün istirahətləri qurban verəndə uğur özü gəlir. Çox çalışmaq lazımdır. Yaxşı hazırlaşanda, bütün fikir oyuna yönələndə nəticə yaxşı olur. Uğurun sirri zəhmət çəkməklə əlaqədardı. Zəhmət olan yerdə nəticə hər zaman özünü göstərir.

- Şahmatçı olmasaydınız, hansı peşəylə məşğul olardınız?
- Yəqin ovçu olardım. Ov etməyi çox sevirəm. Vaxt olanda dostlarla ova gedirik.

- Asudə vaxtlarınızı necə keçirirsiniz?
- Son zamanlar asudə vaxt olmur. İmkan olanda dostlarla görüşürük. Təbiəti çox sevirəm.Ailə üzvlərimlə istirahət etməyi çox xoşlayıram.

- İnsanları da fiqurlar kimi yaxşı tanıyırsınız? Yəni insanlarla fiqurları müqayisə etmək olar?
- Fiqurları insanlardan yaxşı tanıyıram (gülür). İnsanlar bəzən çox tez-tez dəyişir. Amma onları fiqurlarla müqayisə etmək istəməzdim. İnsanları daha çox at və ya vəzirə oxşadardım. Oyunun ortasında at elə gedişlər edir ki, adam təəccüblənir. Vəzir fərqli gedişlərlə oynamağı bacarır. İnsanlar dəyişkən olduğu üçün vəzirin oyununa oxşayır.

- Olimpiadanın rəsmi maskotu Şah Oğlanı sənə oxşadırlar. Onunla münasibətin necədir?
- Şah Oğlan uğurlu seçimdir. Şən obrazdır. İki həftə əvvəl ticarət mərkəzində görəndə onunla şəkil çəkdirmişəm. Çox şən oğlandır. Bəziləri onu mənə oxşadır. Çünki, şahmatda mənə qısaca olaraq Şah deyirlər. Özüm oxşarlıq görmədim. Amma maskotun olması yaxşıdır. Şahmatın təbliği üçün belə layihələr önəmlidir.

- Azərbaycan millisinin Bakı Şahmat Olimpiadasında şanslarını necə qiymətləndirirsiniz?
- Şans həmişə var. Oynamaq lazımdır. Komanda kimi mübarizə apararaq mükafatçılar sırasına düşmək üçün sona qədər yarışmaq lazımdır.

- Azərbaycanda gənc şahmatçıların əldə etdiyi nəticələrdən razısınız? Qrossmeysterlərdən kimin adını çəkə bilərsiniz.
- Yeniyetmələr hər zaman bizi sevindirib. Gənclər də müəyyən mənada həmişə uğurlu çıxış edirlər. Fərqləndirmək istəməzdim. Hamısına uğurlar arzulayıram. Çox istedadlı uşaqlar var. Nəticələrə baxarkən şahmata olan marağı hiss edirsən. Ölkədə doğurdan şahmata böyük maraq var. İstəyirəm gənclər daha çox çalışsınlar, tezliklə yığma səviyyəsinə qədər ucalsınlar. 

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah