Fotoreportaj|Video|На русском

Şahmat

Olimpiadanın açılışına 5 gün qaldı

27 avqust 2016 13:40

42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqlərinə start verilib. Azerisport.az Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək tədbirin təşkilində ölkənin bir çox tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri iştirak edirlər.

Mərasimin geyim eskizləri və istifadə olunacaq musiqilər təsdiqlənib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyi ilə açılış üçün hazırlanan dekorasiya və lazımi texniki avadanlıqlar quraşdırılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələri ilə bağlı məqamlar, o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq.

Mərasimin xoreoqrafı, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova layihə haqqında fikirlərini bildirib: “Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın açılış mərasimində xoreoqraf olmaqdan məmnunam. Ukraynanın tanınmış rejissoru Viktor Nikolayeviç və əməkdar artist Rəşad Haşımovla birlikdə çalışırıq. Açılış mərasiminin ssenarisini də birlikdə yazmışıq. Mərasimdə gözəl tamaşa nümayiş olunacaq. Azərbaycan həmişə beynəlxalq tədbirləri yüksək səviyyədə keçirib. Əminik ki, Bakı Şahmat Olimpiadası da yüksək peşəkarlıqla təşkil olunacaq. Açılış mərasimində şahmatın və Azərbaycanın tarixi, mədəniyyəti nümayiş olunacaq”.

Mərasimin rejissoru və tərtibatçısı Viktor Nikolayeviç möhtəşəm açılış tədbiri keçiriləcəyini vurğulayıb: “Tamaşaçıları gözəl nağıl gözləyir. Şahmat nağılı adlandırmaq olar. Maraqlı obrazlar yaradılıb. Əvvəlcədən bütün sirrləri açıqlamaq istəməzdim, sadəcə maraqlı olacağına əminəm. Artıq 10 günə yaxın məşqlərə başlanılıb. Demək olar ki, hazırda son məşqlər keçirilir. Azərbaycanın ən mötəbər yarışları keçirmək üçün böyük təcrübəsi var. Bakı Şahmat Olimpiadası və açılış mərasimi də yüksək səviyyədə olacaq. Mərasim uzun müddət yaddaşlardan silinməyəcək”.

Açılış mərasiminin musiqi tərtibatçısı, “Rast” qrupunun rəhbəri,  Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Haşımov layihə üçün eksklüziv musiqi bəstələdiyini qeyd edib: “Şahmat dünyada elit və intellektual idman növüdür. Azərbaycana dünyanın ən güclü və tanınmış şahmatçıları gələcək. Açılış mərasimi üçün klassik musiqiyə yaxın bir janrda musiqi tərtibatı etmişik. Mərasimdə, həmçinin dahi bəstəkarlarımız Fikrət Əmirov və Qara Qarayevin musiqilərindən də istifadə olunub. Açılışa çox az vaxt qalıb. İnanırıq ki, yaradıcı heyətin əməyi nəticəsiz qalmayacaq. Qonaqlar çox maraqlı və unudulmaz açılış izləyəcək”.

"Amapola Exclusive Events" şirkətinin nümayəndəsi Səfər Aslanov mərasimin unikal şəkildə hazırlandığını qeyd edib: “Yarışa 180-dən çox ölkədən nümayəndə gələcək. Onların bir çoxunun Azərbaycanla tanışlığı bu arenadan başlayacaq. Mərasimdə şahmatın yaranma tarixi, Azərbaycanın milli ornamentləri nümayiş olunacaq. Tədbirdə həm müasir texnologiya vasitəsi ilə şou, həm də möhtəşəm sənətkarların ifası təqdim ediləcək. Layihə üzərində 400-ə yaxın əməkdaş çalışır. Burada milli və klassik rəqslərin nümayişləri də olacaq. 177 nağaraçının ifasında bayraqların paradı təşkil olunacaq. Bir saatlıq tədbir ərzində həm müasir Azərbaycan mədəniyyəti, həm də ölkəmizin klassik ornamentləri tamaşaçılara göstəriləcək”.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19:00-da başlayacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah