Karyakinlə Elyanovdan heç-heçəyə şərh
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə Şəmkirdə keçirilən superturnir davam edir. Dördüncü turun daha bir maraqlı qarşılaşması Rusiya şahmatçısı Sergey Karyakin və Ukrayna təmsilçisi Pavel Elyanov arasında keçirilib. Rəqiblər maraqlı oyun nümayiş etdirərək 41-ci gedişdən sonra heç-hecəyə razılaşıblar.
Sergey Karyakin oyunla bağlı öz fikirini bildirdi: "Bu gün mən qara fiqurlarala oynayırdım. Oyundan əvvəl məşqçilər heyəti ilə qərarlaşmışdıq, ki heç-heçə nəticəsi bu tur üçün yaxşı olar. Oyun əsnasında rəqibim mövqeyi gərginləşdirsə də, kəskin hücuma keçsə də məqsədimə çata bildim".
Pavel Elyanov isə görüş haqda bunları dedi: "Fikrimcə maraqlı oyun nümayiş etdirdim. Hətta elə bir məqam oldu ki, mən qələbə qazanmağa yaxın idim. Sadəcə olaraq sonluğu düzgün hesablamadım və məğlub oldum. Qeyd edim ki, rəqibim çox güclü idi və Sergey Karyakinə qarşı oynamaq o qədər də asan deyildi"