Şəhriyar Məmmədyarov: Şəmkir turniri bizim üçün çox önəmlidir
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 turniri haqda danışıb. Azerisport.az xəbər verir ki, Məmmədyarov Şəmkir turnirinin onun üçün önəmli yarış olduğunu deyib:
"ShamkirChess 2016" turniri bizim üçün olimpiadadan öncə çox önəmli yarışdır. Milli komandanın 5 üzvündən 4-ü bu turnirdə mübarizə aparacaq. Bizim şahmatçılar bu yarışda qalib gəlmək gücündədir. Karyeramız ərzində bir çox uğurlarımız olub. ShamkirChess 2016-də qalib gəlmək şansları bərabərdir. Sadəcə turnirdəki çıxışımızın necə alınacağını indidən söyləmək çətindir. Bütün şahmatçılarımızdan gözəl oyun gözləyirəm".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov ShamkirChess 2016 turnirinin ilk turunda dünya çempionu şahmat tacına iddialı Sergey Karyakinlə qarşılaşacaq.