Fotoreportaj|Video|На русском

Şahmat

Şəhriyar Məmmədyarov: Karyeramın ən böyük səhvlərindən birini etdim

11 fevral 2016 18:45

Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov azərisport.az saytına müsahibəsində Veyk-An-Zee turnirindəki çıxışından, millinin kapitanı Aleksandr Xalifmandan və hər il Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirə yarışından danışıb.

- İlk olaraq Veyk-An-Zee turnirindən danışaq. Çıxışını necə qiymətləndirirsən?
- 2016-cı ilin ilk yarışı mənim üçün normal keçdi. 3-cü turda Pavel Elyanovla oyun həlledici oldu. Qələbəyə çox yaxın idim, həmin görüşdə qalib gəlsəydim, turniri tam fərqli keçirəcəkdim. Lakin səhvə yol verdim və uduzdum. Karyeramın ən böyük səhvlərindən birini etdim. Elə səhvdən sonra adam dərhal özünə gəlmir.

- Maqnus Karlsenlə görüşdə heç-heçə oynadın. Müəyyən mənada bu partiya özünə gəlməyə kömək etdi...
- Elyanovdan sonra Karlsenlə qarşılaşdım. Ağır məğlubiyyətdən sonra qara fiqurlarla dünya çempionuna qarşı oynamaq asan deyil. Qara fiqurlarla oynasam da, heç-heçə əldə etdim. Ümumilikdə, mükafatçılar sırasında olmasam belə, çıxışımı normal qiymətləndirirəm. Çox ağır turnir idi. Güclü şahmatçılar iştirak edirdi. Reytinqimi artırdım, ona görə də oyunumu yaxşı qiymətləndirirəm.

- B turnirində gümüş medal qazanan Eltac Səfərlinin oyunu haqda nə düşünürsən?
- Eltac mənim üçün Veyk-An-Zeenin B turnirinin favoritlərindən idi. Çox yaxşı oynadı. Layiq olduğu mükafatı qazandı. Fikrimcə, Eltac əsl mübarizə sərgilədi. Oyun cəhətdən artırıb. Arzulayardım ki, Bakıda keçiriləcək Şahmat Olimpiadasına qədər belə oyunla hamını sevindirsin. Onun potensialı yüksəkdir, sadəcə, oynamaq lazımdır.

- Qarşıda hansı yarışlarda iştirak edəcəksən?
- Fevralın 24-də Çində keçiriləcək İntellektual Oyunlarda mübarizə aparacağam. Mənimlə yanaşı, Rauf Məmmədov da turnirdə çıxış edəcək. Klassik şahmat olmasa belə, rapid özü də çox vacibdir. FİDE tərəfindən rapid üzrə ayrıca reytinq tərtib edilir. Ona görə bizi çətin mübarizə gözləyir. Oradan Reykyavikə yollanacağam. İslandiyada açıq turnirdə iştirak etməyə razılıq vermişəm. Yaxın aylarda dəqiqləşən turnirlərim ancaq bunlardır.

- Hər il Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilir. Bu il maliyyə problemlərinə görə Şəmkir turnirinin baş tutması sual altındadır. Bu barədə məlumatın var?
- Hazırda turnirlə bağlı heç bir informasiyam yoxdur. Amma dediyiniz doğrudursa, bunu çox üzücü qəbul edərəm. Vüqar Həşimov təkcə Azərbaycanın deyil, bütün dünyanın ən güclü şahmatçılarından biri olub. Ardıcıl iki il çox möhtəşəm turnirə sevindik. Vüqarın adına layiq yarış təşkil olundu. Bu il də mütləq xatirə turniri baş tutmalıdır. İlk olaraq Vüqarın xatirəsini hər il yad etməyimiz vacibdir. Digər tərəfdən, bu il Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Ona görə bir növ şahmatla əlamətdar olan ildə turniri təxirə salmaq olmaz. İnanıram ki, Vüqar Həşimovun xatirə turniri baş tutacaq.

- Azərbaycan milli komandası Bakıda keçiriləcək Şahmat Olimpiadasına necə hazırlaşır?
- Biz Azərbaycan Şahmat Federasiyasıyla görüşdə təkliflərimizi vermişik. Fikrimcə, həm kişilər, həm də qadınlardan ibarət komanda üçün təlim-məşq toplanışı olmalıdır. İndiki hazırlığımız uğurlu çıxış etmək üçün yetərli deyil. Amma vaxt var, plan üzrə hazırlıq tərtib olunmalıdır. Bu, hər birimiz üçün ən vacib olimpiada olacaq. Ona görə xüsusi hazırlıq keçmək mütləqdir.

- Son Avropa çempionatı uğurlu olmadı. Səncə, Azərbaycan millisi Aleksandr Xalifmanla Şahmat Olimpiadasında uğur qazana bilər?
- Xalifmanla birgə 2013-cü ildə Avropa çempionu olmuşuq. Amma Şahmat olimpiadasıyla bağlı məsələ tam fərqlidir. İndiyə qədər millimiz olimpiadalarda medal qazanmayıb. Mükafat qazanmağa yaxın olduğumuz illər olub. Amma ilk üçlüyə düşməmişik. Məhz bu səbəbdən Bakıdakı yarış həm komanda, həm kapitan üçün asan olmayacaq. Ümid edirəm ki, bütün gücümüzü nümayiş etdirməklə layiqli çıxış etməyi bacaracağıq. 

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah