Fotoreportaj|Video|На русском

Şahmat

Məmmədyarov: Naydiçin yığmamızda oynamasına rəhbərlik şərh versə, daha yaxşı olar

28 iyul 2015 00:35

Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov Almaniya millisinin üzvü Arkadi Naydiçlə Azərbaycan Şahmat Federasiyası arasında imzalanan müqavilə haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, razılaşmaya əsasən Naydiç bundan sonra Azərbaycan yığmasının uğurları üçün çalışacaq.

Məsələyə münasibət bildirən Şəhriyar Məmmədyarov transferə şərh verməyin əleyhinə olduğunu deyib: "Belə qərarları Azərbaycan Şahmat Federasiyası qəbul edə bilər. Bizim buna şərh verməyimiz düzgün deyil. Azərbaycan şahmatçılarını qarşıda ciddi yarışlar gözləyir. Bakıda Dünya Kuboku və şahmat olimpiadası keçiriləcək. Olimpiada ilk dəfə paytaxtımızda keçirildiyindən federasiya yaxşı nəticə qazanmaq istəyir. Ona görə qərarı başa düşmək olar. Millimizin olimpiadada çıxışına federasiya və məşqçilər cavabdehlik daşıyır. Yəni, yaxşı və ya pis nəticə olsa belə hər zaman federasiya və məşqçi buna cavabdehdir. Mən yığmanın üzvü kimi millinin uğur qazanması üçün əlimdən gələni edəcəm. Ümumi nəticəyə isə federasiya münasibət bildirəcək. Ona görə Arkadi Naydiçin yığmamızda oynamasına rəhbərlik şərh versə, daha yaxşı olar".

Məmmədyarov vaxtı ilə Vüqar Həşimovun dönəmində yığmanın güclü olduğunu etiraf etdi. Gənc şahmatçımızın vaxtsız vəfatından sonra isə bir qədər çətinlik yarandı: "Azərbaycan millisində reytinqi 2700-dən yuxarı olan üç şahmatçı olub. Mən, Teymur Rəcəbov və Vüqar Həşimov. Təəssüf ki, Həşimovun vaxtsız vəfatı hamımıza təsir etdi. Bu üçlük hər zaman bir-birinə dəstək olub. Vüqar yarış zamanı özü çıxış etməyəndə mənə məsləhət verirdi. Və yə əksinə olurdu. Biz bir komanda olmuşuq. Sözsüz ki, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli də komandamızın üzvləridir. Onların uğurlarımızda payı az deyil. Lakin Vüqarın vəfatından sonra onun yerini heç kim tuta bilmədi. Qədir, Rauf və Eltacdan böyük nəticələr gözləyirik. Amma indiki zamanda millidə iki 2700-dən yuxarı reytinqi olan şahmatçı var, ona görə bir qədər çətindir. Həşimov millidə olanda heç vaxt legionerə ehtiyacımız olmayıb".

Sumqayıt şahmat məktəbinin yetirməsi gələn il Bakıda keçiriləcək şahmat olimpiadasında uğur qazanmağın vacib olduğunu söylədi: "Millimiz yəqin ki, olimpiadaya xüsusi hazırlıq keçəcək. Şahmat olimpiadası ilk dəfə Bakıda keçirilir. Bizə böyük ümid bəslənilir. Ona görə maksimum dərəcədə yaxşı çıxış etmək lazımdır. Necə alınacağını demək çətindir. Hər bir şahmatçımızın yüksək potensialı var".

Məmmədyarov son 10 ildə ölkədə yeni yüksək reytinqli şahmatçının meydana çıxmadığını söylədi. Onun sözlərinə görə gənclər arasında inkişaf var, amma onlar yeni səviyəyə yüksəlməkdə çətinlik çəkir: "Bizim vaxtımızda qrossmeysterlərlə görüş olanda günlərlə həyəcan keçirirdik. Fikirləşirdik ki, onunla necə görüşəcəyik. Hansı məsləhətləri almaq olar. İndiki uşaqlarda daha yaxşı şəraitlər var. Onlar mütəmadi olaraq yığma üzvləriylə görüşlərdə iştirak edir, istənilən suala cavab veririk. Bu fürsətlərdən istifadə etmək lazımdır. Azərbaycanın Vüqar Həşimov kimi şahmatçısı olub. Onu öyrənmək lazımdır. Onun karyerası gənclər üçün dərslikdir. Mən indiyə qədər Boris Gelfand üzərində möhtəşəm qələbəsini xatırlayıram. Bəlkə də uşaqların çoxu həmin partiyaya baxmayıb. Son 10 ildə yığma səviyyəsində yeni şahmatçı meydana çıxmayıb. Gənclər sona qədər çalışmalıdır ki, gələcəkdə milliyə dəvət olunsun. Biz hər zaman millidə olmaya bilərik. İstərdim ki, bizdən sonrakı nəsil daha güclü olsun".

Şəhriyar Məmmədyarov şahmat olimpiadasında uğur qazanmaqla Vüqar Həşimovun arzusunu həyata keçirəcəklərini bildirdi: "Vüqar hər zaman olimpiadada medal qazanmağımızı istəyirdi. Bir neçə dəfə medal şansımız olsa da, sonda alınmayıb. Bakıda keçirilən olimpiadada medal qazansaq onun arzusunu həyata keçirmiş olarıq. Uğurumuz olacağı halda onu Vüqara həsr edəcəyik".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah