Fotoreportaj|Video|На русском

Şahmat

Fəxriyar Cabbarov: Ümid edirik ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir ənənəvi xarakter daşıyacaq

5 may 2015 00:45

"Shamkir Chess 2015"in Təşkilat Komitəsinin Sədri, "Synergy Group" ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Fəxriyar Cabbarov turnirin rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.

- Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turniri başa çatdı. Turnirin yekunu barədə nə deyə bilərsiniz?
- Ardıcıl ikinci dəfə keçirilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015" super turniri tarixə çevrildi. Şahmat həvəskarları 10 gün ərzində Şəmkirdə bir-birindən maraqlı partiyalar izlədi. Turnirə maraq gözləniləndən çox oldu. Bizi sevindirir ki, bu günlər ərzində yarışın işıqlandırılması sərhədlər tanımadı. İngiltərə, Fransa, İtaliya, Hindistan, Rusiya, Türkiyə televiziya kanalları turnirdən reportaj hazırlayaraq yüksək şəkildə işıqlandırdı. Eyni zamanda, müxtəlif xarici və yerli qəzet və saytlar turniri diqqət mərkəzində saxladı. Hər gün çoxlu sayda gənclər məşhur şahmatçıları izləmək üçün Şəmkirdəki Heydər Əliyev mərkəzinə gəldi. Bütün sadalanan amillər bizi sevindirir. "Shamkir Chess 2015" turnirinə olan maraq Azərbaycanın istənilən idman yarışını yüksək səviyyədə keçirməyə qadir olduğunu növbəti dəfə nümayiş etdirdi. Şəmkirdəki xarici qonaqlar da super turnirin təşkilatçılığını yüksək qiymətləndirdi. Bu, o deməkdir ki, biz öz istəyimizə nail olduq.

- Şahmatçılar, eləcə də mütəxəssislər turnirin təşkilatçılığını yüksək qiymətləndirdi. Maraqlıdır, təşkilatçılar "Shamkir Chess 2015" keçirmək üçün hansı çətinliklərlə üzləşib?
- Ötən il ilk dəfə şahmat üzrə super turnir keçirdiyimiz zaman müəyyən çətinliklər olurdu. Amma bu dəfə müəyyən mənada təcrübəmiz var idi. Heç bir çətinlik olmadı. Yarışın keçirilməsi üçün "Synergy Group" tərəfindən yaradılan peşəkar komanda mükəmməl çalışdı. Məşhur şahmatçılar, onların məşqçilərinin ölkəmizdən məmnun ayrılması bizi çox sevindirir. Eyni zamanda, digər mötəbər beynəlxalq şahmat turnirlərinin direktorları da bu tədbirdə qonaq qismində iştirak edirdilər. Onlar da bu turnirin yüksək peşəkarlıqla keçirildiyini bildirdilər. 10 gün ərzində biz Azərbaycanı, eləcə də Şəmkiri, dünyanın şahmat üzrə mərkəzinə çevirdik.

Bildiyiniz kimi turnir canlı olaraq bizim rəsmi səhifədə (www.shamkirchess.az) göstərilirdi. Dünyanın hər bir yerindən kifayət qədər çox şahmat sevən canlı olaraq oyunlarını izlədi. Turnirin 3 dildə şərh olunması (Azərbaycan, Rus, İnglis) isə daha geniş auditoriyanı cəlb etməyə köməklik etdi. Eyni zamanda, texniki imkanlarımızı nəzərə alaraq turnir canlı olaraq digər şahmat saytlarında göstərilirdi və şahmatsevərlər üçün oyunların müzakirəsinə xüsusi forumlar yaradıldı. Bura chessbomb, chessbase, chess24 və s saytlarını qeyd etmək olar. Sevindirici haldır ki, qeyd etdiyimiz saytlar super-turniri canlı olaraq öz səhifələrində yayımlamaqla biz daha geniş auditoriyaya çıxa bildik.

- Saytın izləyiciləri say baxımından nə qədər idi təxminən?
- Bunu dəqiq demək asan deyil, çünki canlı olaraq bir sıra saytlarda turnir göstərilirdi. Hər bir halda 10 gün ərzində rəsmi sayta 1.4 milyondan artıq şahmat sevərin diqqətini cəlb etdik. Coğrafi baxımdan bölgünü qeyd etsək, sayta sadəcə Azərbaycandan deyil, eyni zamanda on minlərlə insan Norveçdən, ABŞ-dan, Fransadan, Almaniyadan və Rusiyadan, Filippin, Hindistan və digər ölkələrdən şahmat sevərlər daxil olurdu. Digər saytlara nəzər salsaq görərik ki, canlı olaraq bizim turnirə sadəcə chessbomb saytından 3.7 milyon şahmat sevər baxmışdır. Analoji olaraq bu rəqəm digər saytlarda da təxminən eynidir. Bu rəqəmin belə yüksək olması bizim üçün sevindirici haldır ki, super turnir hətta digər saytların köməyi ilə milyonlarla şahmat sevərin diqqətində oldu və bu tədbirin işıqlandırılması daha geniş əhatəni cəlb etdi.

"Shamkir Chess 2015"in qonaqları arasında olan bir çox şahmat mütəxəssisləri və təşkilatçılar saytların belə aktiv olmasını və bu qədər çox yüksək nəticə almasını heç gözləmirdilər. Bu bizim üçün təbii ki, sevindirici haldır və bununla biz əminik ki, 10 gün ərzində Azərbaycanı və eləcə də Şəmkiri şahmat üzrə dünyanın mərkəzinə çevirə bildik.

- Ulduz idmançıların hər zaman özəl şərtləri olur. Turnir zamanı belə hadisəylə rastlaşdınız?
- Ötən il ilk dəfə turnir keçirəndə tanınmış qrossmeysterlər Şəmkirə gəlməkdə bir qədər tərəddüd edirdilər. Amma bu il dəvət olunan hər bir şahmatçı böyük məmnunluqla müsbət cavab verdi. Biz ötən il yüksək təşkilatçılıqla bəlli hədəf müəyyənləşdirdik. Bu il də həmin hədəfə nail olduq. Şahmatçıların istəkləri arasında qeyri-adi heç bir şey olmadı.

- Mətbuatda dünya çempionu Maqnus Karlsenin Şəmkirdə aşbazıyla birgə gəldiyi yazılmışdı. Bu, sizi təəccübləndirmədi?
- Maqnus Karlsen Şəmkirdə olduğu zaman çoxlarının rəğbətini qazandı. Əvvəlcədən aşbazıyla gəlmək istədiyini bildirdi. Biz də ona yardımçı olduq. Dünya çempionunun tez-tez səfərdə olması komandasına aşbazın cəlb olunmasına səbəb olub. Karlsen özü belə əsaslandırmışdı.

- Turnirin nəticələrirə baxdıqda, Azərbaycan şahmatçılarının iştirakından razısınızmı?
- Şəmkirdə rəqabət çox güclü oldu. Yalnız güclülərin yarışdığı turnirdə iki həmyerlimiz də mübarizə apardı. Sözsüz ki, Rauf Məmmədov üçün bu turnir asan alınmadı. Fikrimcə, Rauf böyük təcrübə qazandı. O, Azərbaycan çempionu kimi turnirə dəvət olunmuşdu. Şəhriyar Məmmədyarovun çıxışını isə normal qiymətləndirirəm. Sabiq dünya çempionu Vladimir Kramniklə partiyadan qələbəylə ayrılmaqla Şəhriyar çoxlarına sevinci bəxş etdi. Şahmatçılarımızın çıxışı normal oldu. Lakin ümid edirik ki, gələcək turnirlərdə daha yüksək nailiyyət qazana biləcəklər.

- Turnir cədvəlində yekun sıralamanın belə olacağını gözləyirdiniz?
- Maqnus Karlsen çox yaxşı oynadı və layiqli olaraq "Shamkir Chess 2015" turnirinin qalibi oldu. ABŞ təmsilçisi Uesli So ilk 4 turda liderlik keyfiyyətləri göstərdi. Vişvanatan Anand, Uesli So və Fabiano Karuana da çox yaxşı oyun sərgilədi. Karuananın böyük potensialı olduğu hamıya məlumdur. Bu il onun yüksək yerlər tutacağını öncəki müsahibələr zamanı söyləmişdim. Turnirin qalibi olmasa da, açıq və maraqlı mübarizəylə rəğbət qazanıb.

- Gələn il "Shamkir Chess" turnirinin keçirilməsi gözlənilirmi?
- "Synergy Group" hər zaman Azərbaycanda idmanın inkişafına diqqət göstərir. Ümid edirik ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir ənənəvi xarakter daşıyacaq. İlin sonunda 2016-cı illə bağlı işlər müzakirə ediləcək.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah