Fotoreportaj|Video|На русском

Şahmat

Shamkir Chess turnirində son oyunlara sözardı

25 aprel 2015 16:00

Fasilədən sonrakı 6-cı tur nisbətən sönük alındı. Keçirilən 5 görüşdən 4-ü heç-heçə ilə nəticələndi. İlk olaraq Aniş Giri ilə Magnus Carlsenin oyunu bitdi. Hollandiyalı qrossmeyster çox ehtiyatlı taktika seçərək tamamilə bərabər mövqeyə getdi. Magnus istənilən halda mübarizəni davam etdirmək istəsə də, rəqibinin həddən artıq “quru” oyunu onu heç-heçə ilə barışdırmalı oldu. Oyun cəmi 1 saata yekunlaşdı. Bu hələ ki yarışda ən tez yekunlaşan oyundu. Heç-heçəyə baxmayaraq Carlsen liderliyini saxladı.

Həmyerlimiz Rauf Məmmədov eks-dünya çempionu Vişvanatan Anandla xalları yarı böldü. Karo-Kann müdafiəsində perspektivli vəziyyət alan Rauf rəqibindən heç də çəkinmədi. Bu cür tipik vəziyyətləri dəfələrlə oynayan Anand oyunu bərabərləşdirə bildi və rəqibinin təşəbbüsünün daha da artmasına imkan vermədi. Rauf layiqli oyunla daha bir dünya şöhrətli şahmatçı ilə heç-heçə edə bildi. Bu bir daha onun bu turnirdə təsadüfi oyunçu olmadığını göstərdi.

Digər azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov isə Uesli So ilə görüşdə çətin vəziyyəti müdafiə edə bildi. Slavyan müdafiəsində Şəhriyarı dəqiq gedişlər etməyə məcbur edən So bir anda pespektivli vəziyyəti buraxdı. Bundan sonra Şəhriyar daha diqqətli oynayaraq oyunu tam stabilləşdirə bildi. Sonuncu vəziyyətdə amerikalı şahmatçının daimi şahla oyunu heç-heçəyə aparmaqdan başqa çarəsi qalmamışdı.

Turnirin autsayderi Maykl Adams oyunu o qədər də alınmayan daha bir şahmatçı- Maksim Vaşer-Lagravla oyuna çox aktiv başladı. Mittelşpil vəziyyətində ağların bir piyada əldə etsə də, rəqib fiqurların aktivliyi və taxtada müxtəlif rəngli fillərin olması fransız şahmatçının kifayət qədər optimist düşünməsinə əsas verirdi. Adams əlindən gələni edib ilk qələbəsini qazanmağa cəhd etsə də, Vaşer-Lagrav oyunu bərabər saxlaya bildi. Sonda müxtəli rəngli fillər üçün xarakterik olan heç-heçə nəticəsi qeydə alındı.

Oyunun yeganə məhsuldar görüşü isə Vladimir Kramniklə Fabiano Karuananın oyununda qeydə alındı. Şəhriyara məğlubiyyət eks-dünya çempionu üçün əsl soyuq duş təsiri bağışlamışdı. Əslində oyunun əvvəli ağ fiqurlarla oynayan Kramnikin xeyrinə görsənirdi. Lakin rəqibini sıxsa da, onun ciddi müqaviməti üzləşən Vladimir oyunun açıldığı anda hesablama zamanı səhvə yol verdi. Sanki öz şansını gözləyən Karuana təşəbbüsü ələ keçirdi. Bundan sonra daha ağların şansı tükənməyə doğru getdi və oyun qaraların qələbəsi ilə nəticələndi. Bu Karuananın ilk qələbəsi, Kramnikin isə ardıcıl ikinci məğlubiyyəti demək idi.

7-ci tur yenə məhsuldarlığı ilə yadda qaldı. Azərbaycanlı şahmatçıların dueli olduqca maraqlı variantlarla yadda qaldı. Slavyan müdafiəsində Şəhriyar daha yaxşı oynadı və təşəbbüsü ələ aldı. Bir anda elə görünürdü ki, artıq ağların qələbəsi zaman məsələsidir. Lakin çox güman arxayınlaşan Şəhriyar rəqibinin çox hiyləgər müdafiəsinə məhəl qoymadı. Rauf bir daha taktiki vəziyyətlərdə istənilən rəqiblə başa-baş mübarizə aparmağa qadir olduğunu sübut etdi. Rəqibinin çox güclü müdafiə gedişini nəzərdən qaçıran sonda heç-heçənin qeydə alınmasına məmnun oldu.

Aniş Giri ilə Maksim Vaşer-Laqravın oyunu turun bəlkə də ən rəngsiz oyunu idi. Hollandiyalı qrossmeyster yenə də öz qəribə gedişləri ilə şahmat ictimaiyyətini təəccübləndirməkdə davam edir. Şahmatın ümumi prinsiplərindən bəzən kənar olan bu gedişlərin qarşılığında Giri sadəcə əzmakrlıq nümayiş etdirərək məğlubiyyətlə üz-üzə qalmır. Bu görüş də eyni ssenari ilə davam etdi. Fransalı şahmatçı imkanlarından yararlana bilmədi və oyun heç-heçə ilə nəticələndi.

İki qocaman şahmatçının duelində Anand Adamsdan üstün oldu. İlk görüşlərinin təqribən 25 il əvvələ gedib çıxan iki məşhur şahmatçının duelində son zamanlar Adams üstün olurdu. Lakin bu turnirdə ingilis şahmatçı formada deyil. Hindistan qrossmeyseri isə, əksinə 7 tur ərzində bir dəfə də olsun pis vəziyyət almayıb. Bu göstərici ilə o hətta Magnus Karlseni də qabaqlayır. Növbəti dəfə debütdən mittelşpilə keçən zaman keyfiyyət qurbanı verən Ananda rəqibinin də cüzi səhvlərindən yararlanaraq oyunu qələbə ilə yekunlaşdıra bildi. Qələbə nəticəsində eks-dünya çempionu ikinci pilləyə yüksəldi.

Bu tura qədər ikinci pillədə qarşılaşan So Karuananın təzyiqi qarşısında tab gətirə bilmədi. Debütdən mükəmməl oynayan italyan şahmatçı sonacan təşəbbüsü əldən vermədi. Əslində Uesli yaxşı müdafiə olunurdu, lakin bu gün Fabiano bütün istedadını nümayiş etdirdi. Endşpildə də qüsursuz texnika nümayiş etdirən Fabiano ardıcıl ikinci qələbəsini qazana bildi. Nəticədə o Soya çatmış oldu və onunla 3-4-cü yerlərdə qərarlaşdı.

Dünya çempionu Magnus Karlsen daha bir mükəmməl oyun nümayiş etdirərək özünə ən potensial rəqib görən Kramnikə də göz açmağa imkan vermədi. Dalbadal məğlubiyyətlərdən “nokaut” vəziyyətinə düşən rusiyalı qrossmeyster rəqibinin təzyiqi qarşısında aciz qaldı. Debütdən oyunu bərabərləşdirə bilməyən Kramnik yenə də taktiki səhvə yol verdi və çox uğursuz vəziyyətə düşdü. Parlaq texnika nümayiş etdirən Magnus isə daha bir qələbəsinə çatdı. Növbəti qazandığı xal onun liderliyini daha da möhkəmləndirdi və turniri birinciliklə bitirməyə bir az da yaxınlaşdırdı. Kramnik isə heç zaman rastlaşmadığı ardıcıl 3-cü məğlubiyyətlə artıq turnir cədvəlinin sondan əvvəlki yerində qərarlaşıb.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah