Fotoreportaj|Video|На русском

Şahmat

Rauf Məmmədov: Maqnus Karlsen Barselona kimidir

20 aprel 2015 00:10

Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group-un təşkilatçılığıyla keçirilən Shamkir Chess 2015 turnirində iştirak edən Azərbaycan şahmatçısı Rauf Məmmədov yarışın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Shamkir Chess 2015 turnirində 3 turdan sonra aktivinizdə 1,5 xal var. Son turda sabiq dünya çempionu Vladimir Kramniklə heç-heçə oynadınız. Bu partiya haqda nə düşünürsünüz?
- Aldığım vəziyyətdə çaşqınlıq yarandı. Öz oyunumdan razı qalmadım. Bəlkə də başqa gedişləri etməli idim. Ümumilikdə Vladimir Kramnik kimi şahmatçıyla heç-heçə oynamaq pis nəticə deyil. Lakin oyunumdan narazı qaldım. Bəzi vəziyyətlərdə düzgün gedişi tapa bilmədim. 3 turdan sonra 1.5 xal normaldır.

- Kramniklə görüşdə əsas məqsəd heç-heçə oynamaq idi, yoxsa...
- Məşqçim Aleksandr Xalifmanla oyuna hazırlaşanda özüm üçün lazımi məsləhətləri aldım. Əsas normal mübarizə sərgiləmək və düzgün oynamaq idi. İkinci turda Aniş Giriylə matçda çox yoruldum. 6 saata yaxın mübarizə mənə çox təsir etdi. Yorğunluq özünü göstərdi. Ona görə Kramniklə daha yaxşı oynamaq imkanım olmadı. İl yarım əvvəl Kramniklə daha yaxşı oynamışdım.

- Karyeranızda ilk dəfə belə güclü yarışda iştirak edirsiniz, bəlkə ona görə çətinlik yaranır...
- Əlbəttə, Şəmkirdə ən güclü şahmatçılar mübarizə aparır. Mənim üçün çox güclü yarışdır. Fürsətdən istifadə edib məni dəvət etdikləri üçün təşəkkür edirəm. Azərbaycan çempionu kimi Shamkir Chess2015 turnirinə dəvət aldım. Azərbaycan yığmasının heyətində güclü rəqiblərə qarşı çox oynamışam. Amma fərdi qaydada ilk mübarizəmdir. Belə turnirlərdə tez-tez iştirak etsəm, daha çox təcrübə toplayaram.

- Shamkir Chess 2015 turnirində növbəti rəqibin Uesli So olacaq. ABŞ təmsilçisi indi yarışın liderlərindən biridir...
- So yaxşı şahmatçıdır. Son dövrlər çox inamlı oynayır. Maykl Adamsa qalib gəlməklə heç də sürpriz etmədi. Çətin olsa belə, yaxşı oynamağa çalışacağam. Şəmkirdə asan mübarizə gözləmək olmaz. Hər tur mənim üçün çətindir. Bu sınaqdan çıxmağa qadir olduğumu göstərməliyəm.

- 10 şahmatçı arasında yekunda hansı pillədə qərarlaşmağı yaxşı nəticə hesab edəcəksən?
- Əsas odur ki, ilk onluqda olacağam (gülür). İstənilən oyunla ilk onluqda qərarlaşacağam. Çox istərdim bir qədər yaxşı nəticə göstərim. Çalışacağam qarşıdakı turlarda hamını qələbəylə sevindirim. Sürpriz olsa belə, qələbəm olsun.

- Yarış ərəfəsində Maqnus Karlsenin turnirin əsas favoriti olduğunu söyləmisən. Bu fikirdə qalırsan?
- Norveçli şahmatçı çox güclüdür. Karuananı qara fiqurlarla məğlub etdi. Əgər Karlsen yaxşı formadadırsa, onu dayandırmaq çox çətindir. Bəlkə də növbəti 30 il heç kim şahmat tacını ondan almağı bacarmadı. Maqnus sanki bir neçə il əvvəlki "Barselona" kimidir. O vaxt kataloniyalılar məğlubedilməz idi. Və ya ardıcıl dünya və Avropa çempionu olan İspaniya millisinə oxşatmaq olar. Karlseni də məğlub etmək çətindir.

- Azərbaycan yığmasının digər üzvü Şəhriyar Məmmədyarovun çıxışı istədiyi kimi alınmır. Problemi nədə görürsünüz?
- Məmmədyarov bəzən turnirə yaxşı başlayır, sonda pis oynayır. Bəzən isə əksinə. 3 turdan sonra fikir bildirmək düzgün deyil. Yalnız Karlsenə uduzub. Maqnusa çoxları uduzur. Bu, normaldır. Məncə, Şəhriyar qarşıdakı turlarda daha yaxşı oynayacaq.

- Shamkir Chess 2015 Vüqar Həşimovun xatirəsinə keçirilir. Vüqarla bağlı hansı xatirəni bizimlə bölüşə bilərsən?
- Vüqar Həşimov güclü şahmatçı və yaxşı insan olub. Biz heç vaxt onu unutmuruq və unutmayacağıq. Əlbəttə yoxluğunu qəbul etmək çətindir. Təşkilatçılara təşəkkür edirəm ki, Vüqarın xatirəsinə belə yüksək səviyyəli yarış keçirirlər. Millidə olduğumuz zaman o həmişə bizə kömək olub. Vüqar millinin uğurları üçün çalışıb və həmişə qələbə qazanmağa çalışıb. Onun yoxluğu bütün dünya şahmatı üçün böyük itkidir.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah