Xanım fanatları Karlsenlə selfie çəkdirdi
19 aprel 2015 21:00
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində Maqnus Karlsen (Norveç) - Fabiano Karuana (İtaliya) görüşündən sonra maraqlı hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, Karuana üzərində qələbə qazanan Maqnus Karlsen zalı tərk edən zaman xanım fanatların əhatəsinə düşüb. Əvvəlcə ondan avtoqraf alan xanımlar sonra norveçli şahmatçıyla "selfie" çəkdirib.