Rauf Məmmədov: Yorulmuşdum, ona görə gedişi görmədim
Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya şahmatçısı Aniş Giriylə heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, Giri partiyadan sonra bunları deyib:
"Üstünlük qazandım. Rauf səhvə yol verməməyə çalışırdı. Sonradan üstünlüyüm rəqibə keçdi. Heç-heçə pis nəticə deyil. Düzünü deyim ki, qələbə qazanmaq istəyirdim. Sadəcə, alınmadı. Rəqib dözümlü şahmatçıdır".
Rauf Məmmədov isə partiyanın sonuna yaxın üstünlük qazandığını lakin yorulduğunu bildirib: "Bu gün oyun ağır alındı. Sona yaxın üstünlük var idi, amma artıq yorulmuşdum. Heç-heçə olduğunu görürdüm. Rəqib vəziyyətdən çıxış yolunu axtarırdı. Amma belə oyunlarda dönüş etmək asan olmur. Çox yorulmuşdum, ona görə düzgün gedişi görmürdüm".