Məmmədyarov məğlub oldu, Məmmədov heç-heçə etdi
18 aprel 2015 21:00
Synergy Group-un təşkilatçılığıyla mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində II tur başa çatıb. Azerisport.az xəbər verir ki, görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
II tur
18 aprel
Maykl Adams (İngiltərə, 2746) - Fabiano Karuana (İtaliya, 2802) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2863) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 1:0
Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5
Aniş Giri (Hollandiya, 2790) - Rauf Məmmədov (Azərbaycan, 2658) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2783) - Uesli So (ABŞ, 2788) - 0,5:0,5
Turnir cədvəli: Kramnik, Karlsen, So - 1,5 xal, Anand, Vaşye-Laqrav, Məmmədov, Karuana - 1, Adams, Məmmədyarov, Giri - 0,5.