Fabiano Karuana: SOCAR Azerbaijanla mükafat qazanmaq istəyirəm
18 aprel 2015 19:00
Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində çıxış edən İtaliya şahmatçısı Fabiano Karuana cari mövsüm SOCAR-Azerbaijan klubunda oynayacağını təsdiqləyib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Artıq təklifi müsbət dəyərləndirmişəm. Ona görə rəsmən SOCAR-da oynayacağımı deyə bilərəm. Avropa Kubokunda güclü klublardan biridir. Bu komandayla Avropa Kubokunu qazanmaq istəyirəm".