Socar-Azerbaijanın heyəti məlum oldu
18 aprel 2015 18:30
Şahmat üzrə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən SOCAR-Azerbaijan klubunun 2015-ci il mövsümü üçün heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, SOCAR-Azerbaijanın kapitanı artıq danışıqların başa çatdığını deyib.
Yeni mövsümdə Socar-Azerbaijan klubunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Fabiano Karuana, Veselin Topalov, Aniş Giri və Maykl Adams çıxış edəcək. Klub oktyabrda Makedoniyada keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
Qeyd edək ki, SOCAR Avropa Kubokunun son qalibidir.