"Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirin ənənəvi olmasına çalışacağıq"
17 aprel 2015 13:00
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin direktoru, Synergu Group İdarə Heyətinin sədrinin 1-ci müavini Fəxriyar Cabbarov yarış haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu dəfə Şəmkirdə daha gərgin mübarizənin olacağını düşünürəm. İlk dəfə Azərbaycanda keçirilən turnirdə üç dünya çempionu mübarizə aparacaq. Biz həmçinin şahmatçılarımız Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun uğurlu çıxış edəcəyini gözləyirik. ShamkirChess turnirinin məşhur Veyk An Zee və ya Linareslə müqayisə olunması yaxşı haldır. Synergy Group hər zaman Azərbaycan idmanına dəstək olmağa çalışıb. Gələcəkdə də belə olacaq. Turnirin ənənəvi olmasına çalışacağıq".