FİDE yeni reytinqi açıqladı
2 mart 2015 17:00
FİDE mart ayı üçün yeni reytinq siyahını açıqlayıb. Azərisport.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 1 pillə geriləməklə 13-cü sıraya enib.
İndi Məmmədyarovun 2756 xalı var. Digər şahmatçımız Teymur Rəcəbov 2738 xalla 20-cı sıradadır. Son Azərbaycan çempionu Rauf Məmmədov 92-ci pillədə qərarlaşıb. Raufun reytinqi 2658 xala bərabərdir.