Şəhriyar Məmmədyarov: Teymurla biz bir-birimizi yaxşı tanıyırıq
2 oktyabr 2014 11:01
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda start götürən Qran-Pri barədə fikirlərini jurnalistlərlə bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Paytaxtımızda belə turnirin start götürməsi şahmatçıları sevindirir. Həm mən, həm Teymur ümidləri doğrultmağa çalışacağıq. Heyətə baxarkən Qran-Pridə güclü şahmatçıların mübarizə apardığını görürük. Bununla belə çox istərdim yenidən iddiaçılar turnirinə vəsiqə qazanım. 4 mərhələdən ibarət Qran-Pridə ilk iki yeri tutacaq şahmatçılar iddiaçılar turnirində yarışmaq imkanı qazanacaq. İlk turda Teymurla görüşə gəldikdə biz bir-birimizi yaxşı tanıyırıq. Şahmatsevərləri maraqlı partiya gözləyir".