Xalifman: Eksperiment aparmaq niyyətində deyiləm
30 iyul 2014 14:05
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Aleksandr Xalifman Norveçdə start götürəcək şahmat olimpiadasıyla bağlı hədəflərdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan millisiylə birgə Avropa çempionu olduq. Olimpiadada medal qazanmaq istərdik. Şahmatçılar yaxşı formadadı. Sadəcə, hər şeyi oyun göstərəcək. Biz indidən deyə bilmərik hansı nəticəni qazanacayıq. Püşkdən və rəqiblərdən çox şey asılıdı. Lövhələr üzrə düzülüş reytinqə uyğun olacaq. Mən eksperiment aparmaq niyyətində deyiləm. Olimpiada eksperiment yeri deyil. Yığmadakı hər bir şahmatçıya inanıram. Komandamızın uğur qazanması bizdən asılıdı".