AŞF Kirsan İlyumjinov və Zurab Azmayparaşvilini dəstəkləyəcək
25 iyul 2014 17:16
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov kişi şahmatçılardan ibarət millimizin sabiq kapitanı Zurab Azmayparaşviliylə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə gürcü qonaq avqustda Avropa Şahmat İttifaqına prezident seçkiləri keçiriləcəyini və özünün seçkilərdə iştirak edəcəyini bildirib. Azmayparaşvili AŞF-nin onu dəstəkləyəcəyinə ümid etdiyini söyləyib.
Qeyd edək ki, avqustda şahmat olimpiadasının keçiriləcəyi Tromsedə eyni zamanda FİDE və Avropa Şahmat İttifaqının prezidenti postuna seçkilər baş tutacaq. AŞF-nin müvafiq olaraq Kirsan İlyumjinovla Zurab Azmayparaşvilini dəstəkləməsi gözlənilir.