Hikaru Nakamura: Rəcəbovla partiyam heç-heçəyə layiq idi
24 aprel 2014 00:20
"Shamkir Chess 2014" turnirində 4-cü turda Teymur Rəcəbovla heç-heçə oynamış Hikaru Nakamura mətbuat konfransında partiyanı dəyərləndirib. Azerisport.az xəbər verir ki, Nakamura bunalrı söyləyib:
"Obyektiv olsaq, heç-heçə layiqli nəticə idi. Bəlkə də kimsə qələbə yollarını görürdü. Amma düzgün gedişlər etdim. Hələ Kasparovla çalışdığım dönəmdən partiyadakı üstünlüyü sona qədər saxlamağı öyrənmişəm. Heç-heçəyə sevinmirəm. Mənim üçün normal nəticədir. Teymur də yaxşı oynadı. Amma partiya heç-heçəylə başa çatdı. Əsas mübarizə irəlidədir".