Rauf Məmmədov: Van Xao üzərində qələbə özümə gəlməyə imkan verəcək
24 aprel 2014 12:00
"Shamkir Chess 2014" turnirində 4-cü turda "B" qrupunun reytinq favoriti Van Xao üzərində qələbə qazanmış şahmatçımız Rauf Məmmədov təəssüratlarını azərisport.az saytı ilə bölüşüb:
"Debütdən üstünlük qazanmadım. Hətta, bəzən gedişlərin təkrar olunduğunu gördük. Van Xaonun kiçik üstünlüyü hiss olunurdu. Bununla belə, sona yaxın rəqibə "tələ" qurdum. Van Xao həmin "tələ"yə düşdü. Onun səhvindən sonra isə qələbə qazanmaq üçün nə etməli olduğumu bilirdim. Bu qələbəyə qədər depressiyaya düşmüşdüm. İlk turda Elyanova qarşı yaxşı mövqeyim olsa da, görüş heç-heçə ilə başa çatdı. Avropa çempionu Motılyovla görüşdə isə səhvə yol verdim və uduzdum. Hərçənd, həmin partiyanı uduzmamalı idim. Fikrimcə, Van Xao üzərində qələbə özümə gəlməyə imkan verəcək".