Maqnus Karlsen: Enerjim qalmayıb, istirahət lazımdır
24 aprel 2014 20:55
Dünya çempionu Maqnus Karlsen “Shamkir Chess 2014” turnirində ardıcıl iki məğlubiyyəti yorğunluqla izah edib. Azerisport.az xəbər verir ki, dünya çempionu bunları söyləyib:
"Partiya zamanı bir neçə dəfə səhv etdim. Rəqib bundan yaxşı istifadə etdi. Qara fiqurlarda üstünlük yarandı. Seytnot zamanı artıq vəziyyətin pisləşdiyini gördüm. Bilmirəm, nə baş verir. Ardıcıl ikinci məğlubiyyət yorulduğumu göstərir. Mənə dincəlmək lazımdır. İstirahət günündən sonra yəqin, öz oyunumu bərpa edəcəyəm. İndi hiss edirəm ki, enerjim qalmayıb".