Karyakin və Nakamura heç-heçəni ədalətli nəticə sayır
24 aprel 2014 19:55
“Shamkir Chess 2014” turnirinin 5-ci turunda heç-heçə oynamış Sergey Karyakinlə Hikaru Nakamura mətbuat konfransında jurnalistlərin suallarına cavab veriblər. Azerisport.az xəbər verir ki, Rusiya təmsilçisi Sergey Karyakin heç-heçənin ədalətli nəticə olduğunu deyib:
"Düzü partiyada risk yox idi. Məhz buna görə heç-heçə hiss olunurdu. Mürəkkəb vəziyyət idi. Heç-heçə əhvalımı korlamır. 5 tur arxada qaldı. Nəzərə alaq ki, heç bir şahmatçı 3 qələbə qazanmayıb. Xal fərqi azdır. Məhz buna görə turnirdə iştirak edən hər bir şahmatçının qələbə şansları var. İstirahət günündən sonra yenidən şahmata qayıdacağıq. Sona qədər mübarizə aparmaq fikrindəyəm".
Hikaru Nakamura isə ümumilikdə 5 turdan sonra öz çıxışını normal qiymətləndirib: "Karyakinlə partiyada bir neçə gediş təkrarlandı. Heç-heçə qaçılmaz idi. Başqa çıxış yolu yox idi. 5 turda 3 dəfə ağlarla oynamışam. Fikrimcə, turnirin qalibi olmağa şanslarım real görünür. Ona görə həvəsdən düşmürəm. İkinci dövrə daha maraqlı olacaq. Şəmkir turnirində qələbə qazanmaq özümdən asılıdır. İkinci dövrədə daha az səhv etməyə çalışacağam".