Fotoreportaj|Video|На русском

Şahmat

Henrik Karlsen: Əgər Bavariya Reala qalib gəlsə, Maqnus rəqiblərinə qarşı daha amansız olacaq

23 aprel 2014 00:11
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin atası Henrik Karlsen azerisport.az saytına müsahibəsində Maqnusun Şəmkir təəssüratları barədə danışıb, dünya çempionunun "ulduz" xəstəliyinə tutulmadığını və "Real"a ürəkdən azarkeşlik etdiyini bildirib:

- Şəmkir Chess 2014 turnirində Maqnus favorit olduğunu təsdiqləyir. İki turdan sonra iki qələbə qazanıb...
- Mən çox xoşbəxtəm. Nəticə məni qane edir. Amma hər zaman nəticə barədə düşünməməyə çalışırıq. Maqnus üçün əsas gözəl oyundur. İnanın, gözəl partiya olanda nəticə özü gəlir. O, hər oyunda maksimum yaxşı keyfiyyətiylə seçilməyə çalışır. İki qələbəyə baxmayaraq, arxayınlaşmaq olmaz, biz sona qədər inamlı çıxış etməliyik.

- Maqnus Karlsen dünya çempionu olandan sonra çox dəyişib?
- Atası olduğum üçün demirəm, amma Maqnus həmin oğlandır. Dünya çempionu olanda çox sevinirdi. Onun əsas fikri dünya reytinqində 1-ci olmaqdır. FIDE reytinqində liderliyi əldən vermək istəmir. Dünya çempionu olandan sonra dəyişməyib. "Ulduz" xəstəliyinə tutulmayıb. Sadəcə, indi Maqnus daha çox tanınır. Əvvəl küçədə 4-5 adam tanıyırdı. İndi Norveçdə yaşadığı Osloda küçədə sakit gəzə bilmir. Şahmatda diqqət və konsentrasiya çox vacibdir. Media və onu sevənlər hər zaman onunla maraqlanır. Buna görə bəzən onu qorumağa çalışırıq. Şahmat tacına sahib çıxandan sonra populyar oldu. Belə insanlar isə adətən küçədə sakit gəzə bilmir.

- Şəmkir Chess 2014 turniri zamanı Karlsen partiyalar vaxtı sarı rəngli şirə içir. Bu xüsusi içkidir?
- Siz məndən sirr açmağı tələb edirsiniz. Qısa oyunlar zamanı adi su içir. Amma uzun şahmat yarışmalarında ona xüsusi içki hazırlayıram. Maqnus portağal suyunu çox sevir. Portağal şirəsi çox şirin olur. Onu su ilə qarışdırırıq və nəticədə Maqnusun sevimli şirəsi alınır. Çox şəkərli içmək çətin olur.

- Şəmkir Chess 2014 turnirində hansı şahmatçı Maqnus üçün problem yarada bilər?
- Bilmirəm. İndi Maqnus çox özünə inanır. Şəmkir onun xoşuna gəlib. Görürsünüz bəzən otelə piyada gedir. Gözəl təbiətdə gəzməyi sevir. Şəmkirdə hər şey onun ürəyincədir. Əgər hər şey yaxşıdırsa, onda bütün rəqiblərinə qalib gəlməyi bacaracaq.

- Dünya çempionunun atası olmaq çətindir?
- Əgər seçim imkanım olsaydı dünya çempionunun atası olmağı arzulayardım. Düzdür, bir qədər öz həyatımı kənara qoymuşam. Uzun illər mühəndis kimi çalışmışam. 2012-ci ildən məsləhətçi kimi işləmişəm. Ötən ildən başlayaq Maqnusun komandasına daxiləm. Hər səfər zamanı birgə oluruq. Boş vaxtlarımda isə həyat yoldaşıma dadlı yeməklər bişirirəm.

- Mərhum Vüqar Həşimovla hansı xatirəni bizimlə bölüşə bilərsiniz?
- Vüqar Həşimov böyük ürəyə sahib insan idi. O vaxt Bakıda keçirilən Qran-Pridə gözəl oyun sərgilədi. Yaxşı insanlar həyatı tez tərk eləyir. İstəyirəm, təşkilatçılara təşəkkür edim. Synergy Group olaraq çox sağ olunlar. Onlar Vüqarın xatirəsinə yüksək səviyyəli yarış təşkil edib. Bütün dünyanın diqqəti Şəmkir Chess 2014-ə yönəlib. Çox istərdim, turnir ənənəvi olsun. Maqnus Azərbaycanda keçirilən hər bir yarışda böyük həvəslə iştirak edir. Çünki, burada hər bir turnir yüksək səviyyədə keçir.

- Maqnus həm də "Real" klubunun fanatıdır. Kral klubunun "Bavariya" ilə oyununa baxmağa icazə verəcəksiniz?
- Artıq 10 ildir mən Maqnusa heç nəyi qadağan edə bilmərəm. O, hər bir qərarı müstəqil olaraq qəbul edir. "Real"ın əsl fanatıdır. Psixoloji cəhətdən hər bir oyuna özəl hazırlıq vacibdir. Buna görə futbol oyunun nəticəsi ona pis təsir etməz. "Real" qalib gələndə, Maqnus xoşbəxt olur. Məğlubiyyət əlbəttə, fanat kimi ona pis təsir edir.

- Əgər "Bavariya" "Real"a qalib gəlsə Maqnusun çıxışına mənfi təsir ola bilər?
- Əgər Bavariya qalib gəlsə, Maqnus rəqiblərinə qarşı daha amansız olacaq. "Kral klubu" qalib gələndə sevinir ki, qələbə onun komandasınındır. Uduzanda isə, istəyir məğlubiyyətin əvəzini öz qələbəsiylə çıxsın.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah