"Mən gözlədiyim gedişi Sergey etmədi"
23 aprel 2014 17:33
“Shamkir Chess 2014” turnirində 4-cü turda Rusiya təmsilçisi Sergey Karyakin Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, partiyadan sonra hər iki şahmatçı mətbuat konfransında iştirak edib.
Şəhriyar Məmmədyarov 4-cü turdakı nəticə ilə bağlı bunları deyib: "Nakamurayla görüşdə bu vəziyyətə hazırlaşmışdım. Mən gözlədiyim gedişi Sergey etmədi. Gedişləri təkrarlamamışdım, ona görə yaddan çıxdı. Vəziyyət çox maraqlı alındı və nəticədə heç-heçəyə razılaşdım. Hələlik, oyunum o qədər alınmır. Yəqin, qarşıdakı turlarda daha yaxşı oyun sərgiləyərəm".
Rusiya təmsilçisi Sergey Karyakin isə rəqibinin güclü şahmatçı olduğunu bildirib: "Ötən gün partiya uzun çəkdiyi üçün Şəhriyara qarşı yaxşı hazırlaşa bilmədim. Cəmi 30 dəqiqə hazırlaşmışdım. Yorğunluq özünü göstərir. Ardıcıl 3-cü turnirimdir. Uzun çəkən partiyadan sonra normal hazırlaşmaq olmur. Şəmkirdə zəif şahmatçı yoxdur. Bütün turlarda güclü rəqiblərə qarşı oyun çətin alınır. Heç-heçə normal nəticədir. Şəhriyar haqda bir neçə söz demək istərdim. İki məğlubiyyətə baxmayaraq, Məmmədyarov güclü şahmatçıdır. O, Şəmkirdə hər birimiz üçün qorxulu rəqibdir".