Fotoreportaj|Video|На русском

Şahmat

Karuana: Karlsenin Şəmkirdə qələbə qazanmasına imkan verməməliyik

22 aprel 2014 15:22
Shamkir Chess 2014 turnirində çıxış edən İtaliya təmsilçisi Fabiano Karuana azerisport.az saytına müsahibəsində 2 turdan sonrakı vəziyyəti şərh edib, Maqnus Karlsenin favorit olduğunu etiraf edib:

- Ardıcıl 2 turdan sonra bütün partiyalar heç-heçə başa çatıb. Yalnız Maqnus Karlsen 2 qələbə qazanmaqla liderlik edir...
- Şəmkir turnirində cəmi 2 tur arxada qalıb. Bununla indidən proqnoz verməyə tələsməyin. İkinci dövrədəki görüşlər daha maraqlı olacaq. 2 qələbə üstünlük deməkdir. Lakin Karlsenin Şəmkirdən qələbəylə ayrılacağını söyləmək düzgün deyil. Deməli siz bizi hesabdan silirsiniz. 

- Karlseni dayandırmaq bir qədər çətinləşir. Dünya çempionu bütün görüşlərə çox rahat çıxır...
- Maqnus yüksək səviyyəli şahmatçıdır. Amma digər qrossmeysterləri unutmayın. Biz onun Şəmkirdə qələbə qazanmasına imkan verməməliyik. Yəni hər bir rəqib Maqnusla partiyanı yaxşı sonluqla başa vurmağa çalışır. Məmmədyarov və Nakamura üzərində qələbə turniri qazanmaq demək deyil.

- Karlsenin dünya çempionluğu matçında ikinci dəfə Vişvanatan Anandla görüşündə şansları necə qiymətləndirirsiniz?
- Anand iddiaçılar turnirində əla oynadı. Kimsə fikirləşirsə Karlsen asan qələbə qazanacaq, o yanılır. Hindistanlı şahmatçı dünya çempionluğunu qaytarmaq üçün yaxşı forma yığıb. Kimin qalib olacağını demərəm. Mənim üçün əsas gözəl partiya olsun. Sadəcə Anandın fərqli tərzdə çıxış edəcəyinə əminəm.

- Şəmkirdə iştirak edən şahmatçılar arasında kimi sizin üçün uğursuz rəqib adlandırmaq olar?
- Bütün iştirakçılar güclüdür. Statistika cəhətdən Nakamurayla görüşlərin nəticəsi əleyhimədir. Onu düzəltməyə çalışacam. Digər partiyalara gəlincə diqqətli olmaq lazımdır. 22-ci kateqoriyalı şahmat turniri yüksək səviyyədən xəbər verir.

- Açılış zamanı Shamkir Chess 2014-ü Linares turniriylə müqayisə etdilər. Sizin fikrinizi bilməz istərdik...
- Linaresdə iştirak etmədiyimə görə müqayisə etmək çətindir. Amma Vüqar Həşimovun xatirə turniri dünya şahmat aləminə töhfədir. Çünki, belə səviyyəli turnirlər azdır. Təşkilatçılıq isə yüksək səviyyədədir. Bakıya gəldiyimiz gündən qonaqpərvərliyin şahidi oluruq. Yarış zalı çox yaxşıdır. Adam yorulmur. 

- Vüqar Həşimovla bağlı xatirələrinizi bilmək istərdik, azərbaycanlı şahmatçı yadınızda necə qalıb?
- Vüqar yaradıcı şahmatçı və gözəl təbəssümü olan insan idi. Şahmat lövhəsi arxasında güzəştsiz idi. Heç kimə rəhm etməzdi. Son illər böyük uğurlar qazandı. Azərbaycan millisinin Avropa çempionu olmasında böyük pay sahibi oldu. Vüqarın adına layiq turnir keçirildiyinə görə Synerge Group-a təşəkkür edirəm. İstərdik ki, bu turnir ənənəvi xarakter daşısın. 

- 3-cü turda Teymur Rəcəbova qarşı oynayacaqsınız...
- Rəcəbov Azərbaycanın güclü şahmatçılarından biridir. Maraqlıdır ki, ilk iki turda onun oyununda dəyişiklik var. Heç zaman görmədiyimiz debütləri izləyirik. Ola bilər mənə qarşı da maraqlı gedişlər hazırlayıb. Ardıcıl iki heç-heçədən sonra hər ikimiz daha yaxşı oynamağa çalışacayıq. Əlbəttə, risk edib-etməyəcəyimizi söyləyə bilmərəm.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah